Geri

Rusiya Xalqlar Dostluğu Universiteti (rus. Российский университет дружбы народов) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi.

Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri hesab edilir. Bu universitet 5 fevral 1960-cı ildə sovet hökuməti tərəfindən təsis edilmişdir. 1961-ci il fevralın 22-də isə universitetə Afrika xalqının müstəqillik uğrunda mübarizə simvollarından biri olan Patris Lumumbanın adı verilmişdir.

Ölkədən olan ilk 288 tələbə 1965-ci ildə universiteti bitirmişdir. Həmin il “Şən və Hazırcavablar Klubu” adlanan beynəlxalq tələbə komandalarının yarışması məhz burada təşkil edilmişdir. “Şən və Hazırcavablar Klubu” sonralar ölkənin ən məşhur komandalarından biri olur.

Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi. Həmin il universitet Asiya, Afrika və Latın Amerikası ölkələri üçün mütəxəssislərin hazırlanması xidmətinə görə “Xalqlar Dostluğu” ordeni ilə təltif edilir.

5 fevral 1992-ci ildə universitetin adı dəyişdirilərək Rusiya Xalqlar Dostluğu Universiteti adlandırılır. Universitet Rusiya Federasiyası Hökuməti tərəfindən təsis edilir. Universitet fəaliyyət göstərdiyi dövr ərzində bütün dünyada böyük elmi-tədqiqat mərkəzi kimi tanınmışdır. Uzun müddətdir ki, Rusiyanın ən yaxşı təhsil müəssisələrinin beşliyinə daxildir.

Təhsil ala biləcəyiniz top ixtisaslar